Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

12:04 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Hafta.az-ın məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

Oxunma sayı 364