Vətəndaşlar odlu silahları təhvil verdilər

10:52 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları 2 “Kalaşnikov” markalı avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər.

 

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

2 “Kalaşnikov” avtomatını polisə könüllü təhvil verdilər - FOTO