Aprelin 27-dən karantin rejimi yumşadılmağa başladı. Bir sıra xidmət sahələrində işlər bərpa olundu. Nazirlər Kabinetini yaninda Operativ Qərargahın müvafiq tapşırıqlarına əsasən may ayının 4-ü gecə saat 00:00-da karantin müddəti birəcək.
Bəs karantin müddəti bitdikdən sonra sosial izolyasiya tədbirləri necə davam edəcək, ümümiyyətlə lazımdırmı?
Hafta.az bu dəfə Bakı şəhərində vətəndaşlar arasında sorğu keçirib.
Öncədən onu deyək ki, karantin qaydaları yumşaldıqdan sonra şəhərdə ictimai həyat bir qədər fəallaşıb. Xüsusən də dayanacaqlarda nə sosial məsafə gözlənilir, nə də digər qaydalara əməl olunur. Bir müddət öncə "maska tapılmır" deyən vətəndaşlar heç nə olmamış kimi şəhərdə yenə də təhlükəsizlik qaydalarına riayət etmədən gəzirlər.
Təəssüf doğurucu məqamlardan biri də odur ki, vətəndaşlar karantin qaydalarının yumşaldılmasını koronavirus pandemiyasının tamamilə itib getməsi kimi başa düşürlər.

Sorğumuza cavab verənlərdən biri parklanmaya nəzarət edən Fazil bəydir. Deyiri, karantin müddəti buralarda tək-tük adam var idi. İndi əvvəlki Bakı yenə öz axarına qayıdıb:
"İnsanların veclərinə deyil. Mən bütün günü bu insanları görürəm. Maska taxmırlar, rahat durub söhbətlər edirlər. Bu günlərdə isə alış-verişə gələnlər də olur. Deyəsən evdə darıxanları daha şəhərdən yığmaq olmayacaq. Kaş ki, karantin vaxtını mayın axırına qədər edərdilər".

Taksi sürücüsü Xəqani bəy də eyni fikirdədir.
O deyir ki, sosial məsafə bir yana olsun, gördüyüm odur ki, hamı çox rahatlaşdı: "Məktəblər açılsa ümümiyyətlə insanları çöldən yığışdırmaq olmayacaq. Mən şəxsən istəmirəm açılsın. Məktəbli övladım var. Şəhərə buraxmırdım. May ayının sonuna qədər uzadılmalıdır. Uzadılmasa belə insanlar təhlükəni hiss etməlidirlər. Maska da daha tapılır, spirt də. Bəs niyə istifadə etmirlər?"
Xəqani bəyin sualını digər insanlardan da soruşmaq istəyirəm, görəsən niyə təhlükəsizlik qaydalarına riayyət olunmur?

Məhəmməd müəllim sualımıza cavab olaraq deyir ki, gərək bağışlayasınız ki, mən də maskadan istifadə etməmişəm:
"Karantin müddəti uzadılmalıdır. Mən şəxsən bu qaydaya çox hörmtlə yanaşıram. vacib olmayan halda çölə çıxmamalıdırlar".

Poçdan çıxan Elnarə xanım isə dövlətdən şikayətlənir. Deyir ki, poçtlarda sosial məsafəyə baxan yoxdur: "Hamı dolur, 190 manatı pulu alıb gedir. Əgər qaydalar varsa, orada da əməl olunsun".

Xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.