Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi koronavirusa qarşı AstraZenesa kompaniyasının milyon doza vaksinini aldıqdan sonra hərbçilərlə birlikdə peyvənd olunacaq və bunu canlı efirdə etməyə hazırdır.
Hafta.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Zelenski bu barədə “Ukrayna 30. Koronavirus: çağırışlar və cavablar” forumunun gedişində jurnalistlərə müsahibəsində bəyan edib. Zelenski deyib ki, ölkəyə milyon doz vaksin gətirildikdən sonra Ali baş Komandan kimi, hərbçilərlə birlikdə peyvənd olunacaq və bunu istənilən yerdə edə bilər.
Prezident bir qədər əvvəl bildirmişdi ki, fevral ayında Ukrayna AstraZenesa və Novavax kompaniylarından COVID-19 əleyhinə 12milyon doz vaksinin tədarükünə dair təsdiqnamə alıb.