Volkswagen işçilərin genişmiqyaslı ixtisarını planlaşdırır

19:09 16.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Volkswagen AG bu il bir neçə zavodunu bağlamaq qərarına gələ bilər ki, bu da 15 mindən çox iş yerinin itirilməsinə səbəb olacaq. Bloomberg bu barədə Jefferies analitiklərinə istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, avtomobil istehsalçısı müşahidə şurasının razılığı olmadan istehsal müəssisələrini bağlamağa qadirdir. Bunun üçün dördüncü rübdə 4 milyard avroya (4,4 milyard dollar) qədər ehtiyat ayrılması tələb oluna bilər.

Alman avtomobil nəhəngi yüksək xərclər və Tesla və BYD-nin başçılıq etdiyi Çin avtomobil istehsalçılarının artan rəqabəti ilə üzləşir. Bu ayın əvvəlində VW Almaniyada üç onillik iş zəmanətini dayandırıb.

"Biz uzunmüddətli perspektivdə şirkətin rəqabət qabiliyyətini qorumaq üçün qeyri-populyar tədbirlər görməyə məcburuq" deyib VW rəhbərlərindən biri.

Jefferies-ə görə, Volkswagen 2-3 zavodu bağlamağı düşünür, beşə qədər Almaniya zavodu risk altındadır. Şirkət rəhbərləri analitiklərə bildiriblər ki, həmkarlar ittifaqları ilə danışıqlar uğursuz olarsa, onların heç bir ehtiyat planı yoxdur.

Ləman