Xaçmazda 12 yaşlı uşağı maşın vurdu

15:29 18.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az-ın verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

2009-cu il təvəllüdlü, İsaqov Elşad Etibar oğlunu maşın vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 634