Xaçmazda ev yanıb

09:33 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunun Hacıisaoba kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 45 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.