Yazını böyüt
Yazını kiçilt
Xaçmazda inzibati binada yanğın olub.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunun Ağaverdioba kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.