“Xaliq Faiqoğlu” şirkəti qanvermə aksiyasına qoşulub

13:03 10.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına “Xaliq Faiqoğlu” şirkəti də qoşulub.

Hafta.az yazır ki, bu məqsədlə şirkətin təşkilatçılığı ilə iyunun 10-da Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusi karantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməklə şirkətin rəhbər və sürücü heyəti qan veriblər.

Qeyd edək ki, Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınıb və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara, eləcə də həyati əhəmiyyətli ehtiyac duyan digər kateqoriyalı insanlara pandemiya dövründə dəstək olmaqdır.

Şirkət bundan sonra da könüllülük və sosial məsuliyyət prinsiplərinə əsaslanaraq bu tip aksiyaları davam etdirəcək.