İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei “Telegram” messencerinin yaradıcısı Pavel Durovun həbsinə münasibət bildirib.
Hafta.az xəbər verir ki, rus dilində “TRT” nəşrinin yaydığı məlumata görə, Xamneyi yeni nazirlər kabinetinin üzvləri ilə görüşdə Durovun həbsindən danışıb.
“Hətta kiber-məkanda qanunun aliliyi gözlənilməlidir. Gördüyümüz kimi, bu zavallı gənci (Pavel Durov) Fransada həbs ediblər və 20 il həbslə hədələyiblər. Bu, onların qaydaları pozduğunu göstərir”, - deyə Xamenei bildirib.
Qeyd edək ki, “Telegram” İranda 6 ildən artıqdır ki, qadağan edilib.
Durov avqustun 24-də axşam Bakıdan şəxsi təyyarəsi ilə gəldiyi Parisin Le Burje hava limanında həbs edilib.
“Telegram”ın təsisçisi Pavel Durovun həbs olunduğu iş iyulun 8-də açılıb, işdə “adı açıqlanmayan şəxsə qarşı 12 cinayət işi var ”, -deyə Paris prokurorluğu bildirib.