Xankəndi bizimdir, ora qayıtmalıyıq - Açıqlama

18:25 19.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 Qarabağa səfərlər daha çox olmalıdır. Bu fikirləri hafta.az-a Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı deyib. Onun fikrincə, torpaqların azad olunmasından sonra ermənilərin iç üzünü açmaq üçün davamlı olaraq həmin yerlərə gedilməlidir.

“Biz öz körpə uşaqlarımızı da o yerlərə aparmalıyıq. Qoy erməni vandallığını görsün və ehtiyatını əldən verməsin.  Biz bu səfərləri bu gün Ermənistan ərazisində qalan Qərbi Azərbaycan torpaqlarına etməliyik. Yoxsa Xankəndi bizim öz torpağımızdır. Və biz o yerlərə qayıdacağıq. Xankəndində yaşayan erməni azərbaycanlının isə hələ ki, ölkənin içərilərinə gətirilməsinin əleyhinəyəm. Kim bilir bura gələn erməni hansı niyyətlə gələcək, əlində nə gətirəcək. Bu gün ermənilər hələ də sülhə gəlmək istəmirlər. Hələ də sərhəddə atəşkəs pozulur. Belə bir vaxtda Azərbaycan daxilində qalan ermənilərin Bakıya gətirməyin nə mənası var. Əlbəttə səfərlər olsun, amma biz Qərbi Azərbaycanda qalan torpaqlarımıza gedək. Eləcə də başqa ölkələrdən işğaldan azad olunmuş rayonlarımıza səfərlərin təşkilinin böyük önəmi ola bilər”.