Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalan hissəsində bəslənən separatçı-terrorçu erməni rejiminin özünə yuva qurduğu Xankəndi şəhərində beynəlxalq miqyaslı terrorçunun yubileyi keçirilib.
Hafta.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Məlumata görə, erməni terrorçusu Monte Melkonyanın 65 illiyinə həsr olunmuş və separatçı rejimin təşkil etdiyi tədbir üzdəniraq tədbir işğal dövründə Şuşa şəhərində qondarılmış “Şuşi texnoloji universiteti”nin tələbələri tərəfindən Xankəndindəki 5 saylı məktəbdə keçirilib.