32-ci ildir ki, Azərbaycan Respublikası ərazisinin bir hissəsində Moskvanın himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejimin yeni qondarma "dövlət naziri" Qurgen Nersisyan sələfi Ruben Vardanyanın təyin etdiyi kadrlardan qurtulmağa başlayıb.
Hafta.az xəbər verir ki, Ermənistanın "Past" nəşri bu haqda Xankəndindəki mənbələrinə istinadıla yazır.
Qəzetin yazdığına görə öncə üç "nazir"in dəyişdirilməsi planlaşdırılır: "sosial inkişaf və miqrasiya naziri" Armen Manqasaryan, "səhiyyə naziri" Samvel Avetisyan, "kənd təsərrüfatı naziri" Hrant Səfəryan. Həmin separatçı məmurların kimlərin əvəzləyəcəyi barədə hələlik məlumat verimir.
Zəruri xatırlatma:
Putinin milyarder “desantı” sayılan erməni milyarder Ruben Vardanyan 2022-ci il sentyabrın 1-dən qanunsuz olaraq Qarabağ ərazisinə daxil olub. 4 noyabr 2022-ci ildə separatçı rejimin qondarma “dövlət naziri” təyin edilib. 23 fevral 2023-cü ildə həmin “vəzifə”dən azad edilib. Buna rəğmən o, hazırda Xankəndində qalmaqda və qanunsuz ictimai-siyasi və “xeyriyyəçi” fəaliyyətini davam etdirməkdədir...
Kriminal xuntanın yeni “dövlət naziri”,keçmiş qanunsuz “baş prokuror” Qurgen Nersisyanın isə Ermənistan baş naziri N.Paşinyanın xətti ilə Soros dairələri ilə bağlı olması haqda informasiyalar var...