Xankəndiyə tam nəzarətimizlə bağlı İŞLƏR GÖRÜLÜR

18:53 01.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hələ ki, ermənilərlə məsələmiz addm-addım çözülməkdədir.

Bu barədə hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası aparılır və Xankəndiyə tam nəzarətimizlə bağlı işlər gedir:

"Ona görə də hələ ki, ermənilərin belə təxribat xarakterli addımları olacaq. Əvvəllər də belə hallarla rastlaşmışıq. Ermənilərə dərs veriləndən sonra artıq bir çox ərazilərimizdə, eləcə də Şuşada bu təxribatlar dayanıb. Xankəndində olan ermənilər müstəqillik iddialarını bir təsəvvür kimi ortaya qoymağa çalışırlar. Azərbaycan isə addım-addım ermənilərin bu ideyalarını, iddialarını sındırmaqla məşğuldur.

Biz tədricən bunun kökünü kəsəcəyik, orda olan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməyə məhkum olacaqlar. Başqa alternativləri yoxdur. Ermənilərin bu cür yalançı müstəqillik günü ilə bağlı addımlar atmaları bizi Xankəndi üzərində nəzarətimizin bərpasından hansısa bir şəkildə yayındıra bilməz. Azərbaycan dövləti bununla bağlı işlər görür və yəqin ki, yaxın zamanlarda ermənilərin hansısa qondarma tədbirlər keçirməyə taqətləri olmayacaq”.

F.Mustafa hesab edir ki, ölkə ictimaiyyəti ilə yanaşı dövlət də bu məsələyə kəskin reaksiyanın hərbi təzyiq formasında verilməsini mümkün saydı. Onun sözlərinə görə, bu məsələlər gündəmdədir. Amma kimlərsə birdən-birə bu problemin həllini gözləyirsə, yaxud da bunu bəhanə edib Azərbaycan dövlətinə qarşı hansısa bir ittihamlar səsləndirirsə bu düzgün deyil və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan sərhədlərdə möhkəmləndikcə, biz bu işğalçı erməniləri elə bir günə salacağıq ki, özəri belə tədbirləri keçirməkdən çəkinəcəklər”.