Xaricdən Türkiyəyə köçənlərin yarıbayarı sayı azalıb

09:45 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə xaricdən Türkiyəyə köçənlərin sayı bir əvvəlki ilə nisbətən yüzdə 49,7 azalaraq 340845 nəfər olub. Türkiyəyə köçən əhalinin 53,6 faizini kişilər, 46,4 faizini isə qadınlar təşkil edib. Xaricdən gələn əhalinin 98349-u Türkiyə, 242496-sı isə xarici ölkə vətəndaşlarıdır.

Hafta.az-ın yazdığına görə, 2020-ci ildə Türkiyəyə köçənlərin yaş qrupu təhlil edildikdə, immiqrantların 12,5 faizi 25-29 yaş qrupu, 11,3 faizi 20-24 yaş qrupu və 11 faizi 30-34 yaş qrupuna aiddir.

2020-ci ildə Türkiyəyə gələn immiqrantların vilayətlərə görə bölgüsü təhlil edildikdə, 34,1 faiz İstanbula, 8,3 faiz Ankaraya, 3,2 faiz Antalya və 2,8 faiz Bursaya yerləşiblər.

Türkiyədən köç edən əhalinin vilayətlər üzrə bölgüsünə baxıldığında, İstanbul yüzdə 47,6 ilə yenə liderlik edib. İstanbulu 9,5 faizlə Ankara, 6,6 faizlə Antalya, 2,8 faizlə İzmir və 2,7 faizlə Gümüşhanə izləyib.

2020-ci ildə Türkiyəyə gələn xarici vətəndaşlar arasında yüzdə 11,9 ilə iraqlılar birinci olub. İraqı 9,4 faizlə Əfqanıstan, 7,4 faizlə Türkmənistan, 6,3 faizlə Rusiya və 6 faizlə Suriya vətəndaşları izləyib.

Türkiyədən köçən əcnəbilər arasında yüzdə 16,8 faizlə İraq vətəndaşları birinci yerdədir. İraqı 11,6 faizlə Türkmənistan, 8,9 faizlə İran, 6,5 faizlə Azərbaycan və 5,4 faizlə Suriya izləyib.

Türkiyə Statistika Təşkilatının - TÜİK-in açıqladığı 2020-ci il miqrasiya məlumatlarına görə, Türkiyədən xaricə miqrasiya edənlərin sayı 27,3 faiz artıb, əksinə gələnlərin sayı isə təxminən 50 faiz azalıb.

TÜİK-in açıqladığı 2020-ci il Beynəlxalq Miqrasiya Statistikasına görə, Türkiyədən xaricə miqrasiya edənlərin sayı 2019-cu illə müqayisədə 27,3 faiz artaraq 420463 nəfərə çatıb. Türkiyədən xaricə gedən əhalinin 77810 nəfərini Türkiyə vətəndaşı, 342653 nəfərini isə xarici ölkə vətəndaşları təşkil edib.

Türkiyədən immiqrasiya edən əhalinin yaş qrupları araşdırıldığında immiqrantların 12,7 faizi 20-24 yaş, 15,2 faizi 25-29 yaş və 13,2 faizi 30-34 yaş qrupuna aiddir.

Siyasət rubrikasından digər xəbərlər