Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi - Sərəncam

14:40 24.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev X.Ə.Xələfovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilsin.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev X.Ə.Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Siyasət rubrikasından digər xəbərlər