Xerson vilayətinin sağ sahilindən dinc əhalinin təxliyyəsi başa çatıb, deyə vilayətin rus administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.
O, TASS xəbər agentliyinə bildirib ki, bu, məcburi təxliyə deyil, lakin insanlara atəş xəttini tərk etmək imkanı verilib. Stremousov iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması səbəbindən şəhər sakinləri təhlükə altındadır.
Ukrayna hərbçiləri yalnız Rusiya ordusunun yerləşdiyi hərbi obyektlərə zərbələr endiriblər.
Xerson vilayətinin işğalçı hakimiyyətinin digər rəsmilərinin verdiyi məlumata görə, ümumilikdə 70 min insan köçkün düşüb. Rusiya hakimiyyətinin dediyinə görə, getmək istəyənlər üçün keçidlər hələ də fəaliyyətdədir, ona görə də Stremousovun evakuasiyanın başa çatmasından danışarkən dəqiq nəyi nəzərdə tutduğu tam aydın deyil.
Oktyabrın ikinci yarısında Moskvanın təyin etdiyi Xerson vilayətinin rəhbərləri sakinlərin Dnepr çayının sol sahilinə təxliyyə olunduğunu elan ediblər.
Ukrayna ordusu Xerson vilayətində hücumunu davam etdirir, lakin son həftələr onun tempi aşağı düşüb. Kiyev bunu payız palçığının ağır texnikanın hərəkətinə mane olduğu dövrün başlaması ilə izah edib.