Xətaidə yanğın olub

14:04 15.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan karton tullantıları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.