Xəzər dənizində zəlzələ qeydə alınıb

21:00 31.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 31-də Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:44 -də qeydə alınıb.

Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.