Xəzər rayonunda birmərtəbəli ev yanıb

22:56 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m² olan, birmərtəbəli, 2 otaqlı evin bir otağında 6 m² sahədə ev əşyaları yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.