Yazını böyüt
Yazını kiçilt
Xəzər rayonunda ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evdə güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə nəticəsində ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.