Xəzər rayonunda yanğın olub

20:31 26.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məumata görə, Bakı şəhərinin Xəzər rayonunda zirzəmili, ümumi sahəsi 200 m² olan birmərtəbəli, 5 otaqlı evin zirzəmisində yerləşən ümumi sahəsi 20 m² olan bir otaqda ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.