XİN İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

22:08 23.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.

Hafta.az-ın xəbərinə görə, bunu Azərbaycan XİN sözçüsü Ayxan hacızadə Tvitterdə bildirib.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir” – deyə diplomat vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər