Xırdalanda 2 otaqlı mənzil yanıb

21:00 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin dəhlizində divara quraşdırılan elektrik lövhəsi və ev əşyaları 1 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.