Xırdalanda mebel sexi yanıb

21:40 01.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Xırdalanda mebel sexində yanğın olub.
 
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 600 m² olan mebel sexində yığılmış mebel 40 m² sahədə yanıb.
 
Mebellər və sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.