Ermənistan-Azərbaycan sərhədi Azərbaycanın yaşayış məntəqələrindən çox, çox uzaqdadır, lakin bizim yaşayış məntəqələrimizə çox yaxındır.
Bunu yanvarın 11-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, Xocalı qatili Seyran Ohanyan deyib.
“Arxamızda insanlar, infrastrukturlar, erməni məskənləri olduğu halda biz təmas xəttindəki bütün strateji nöqtələri tez bir zamanda nəzarətə götürə bilmədik bilmədik.
İnfrastrukturu, yolu olmayan Azərbaycan Ordusu isə ölkənin dərinliklərindəki yaşayış məntəqələrini sürətlə tərk edib tez bir sərhədlərimizə çata bildi, sonra da ən qısa müddətdə bütün yolları, infrastrukturları, mövqeləri sürətlə gücləndirə bildi. Bu iş üçün Azərbaycan dövləti bütün potensialından yararlandı. Ermənistanın tikinti potensialından isə başqa istiqamətlərdə istifadə olunur”, - Ohanyan qeyd edib.