“Xocalıda şəhid olanlara, əlillərə, “milli zəmində şəhid olub, əlil olub” sözləri yazılıb. Təklif edərdim ki, Xocalı soyqırımna məruz qalmış insanlarımızın vəsiqələrində “soyqırıma məruz qalmış şəxslər” sözləri yazılsın, onlara xüsusi status verilsin”.
Bunu Milli Məclisin bugünkü Plenar iclasında deputat Elman Məmmədov bildirib.
E.Məmmədov fikrini onunla əsaslandırıb ki, Xocalı soyqırımı müharibə dövründə olub. Soyqırım törədiləndə artıq 1991-ci ildə Ermənistanla Azərbaycan arasında müharibə gedirdi. Ona görə də Xocalı şəhidlərinə xüsusi satatus verilməlidir.
Deputat eyni zamanda bildirib ki, Bakıda Xətai rayonunda yerləşən Ana Heykəlinin ziyarəti rəsmi protokola daxil edilsin. Və Azərbaycana səfərdə olan xarici ölkə nümayəndələrin, beynəlxalq qurumların o abidəyə ziyarət təmin edilsin.