Xocavənddə mina partlayıb, fəhlə yaralanıb

12:30 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd rayonunda mina partlayışı olub.

Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən xəbərə görə hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

"Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur".

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.

Oxunma sayı 1991