Xudatda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb

15:34 25.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, Heydər Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib.

AQTA-dan hafta.az-a verilən məlumata görə, baxış zamanı heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb.

Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir.