Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə supermaketlər, bazarlar və apteklərin fəaliyyətinə icazə veriləcək

16:26 08.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ərzaq mağazaları (supermaketlər, bazarlar) və apteklərin fəaliyyətinə icazə veriləcək. 

Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə yanacaqdoldurma məntəqələri, kimyəvi təmizləmə, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri və digər sahələrin fəaliyyətinə icazə veriləcək.