ABŞ-ın neft ehtiyatları artır

14:06 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin kommersiya xam neft ehtiyatları artıb.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3 milyon barel artaraq 411 milyon 400 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 900 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 6 milyon 200 min barel geriləyərək 319 milyon 500 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon 900 min barel azalaraq 212 milyon 100 min barel təşkil edib.