Yaddaşını itirdi, 10 il sonra hər şeyi BİR MAHNI İLƏ XATIRLADI

21:28 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

London sakini 10 il əvvəl yaddaşını tamamilə itirsə də, qəflətən 1985-ci ilə aid bir mahnını eşidərkən yaddaşı tamamilə özünə qayıdıb.

Hafta.az xəbər verir ki, 19 yaşlı Tomas Lids maşın qəzasına düşüb. Başından ciddi zərbə alandan sonra kəllə-beyin travması ilə əməliyyat edilib. Əməliyyatdan sonra Tomas yaddaşını itirir. Ailəsini, qəzanın baş verdiyi anı, dostlarını heç kimi tanımır. Zaman keçdikcə hər şeyi xatırlamaq üçün əvvəlki həyatına dair müxtəlif yerlərə baş çəksə də, heç nə alınmır. 

Lids 30 yaşını qeyd etməyə hazırlaşarkən qəfildən 1985-ci ilə aid The Whole of the Moon mahnısını eşidir. Bundan sonra anası və uşaqlığını xatırlayır.

"Hər şey möcüzə kimidir. Mən parkda necə oturmağımı, ağaclarla oynamağımı xatırlayıram" - deyə o bildirib.