Yaponiya Ay yarışında Çini geridə qoyur

10:15 30.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NASA-nın yeni "kosmik yarış" adlandırdığı yarışda Yaponiya Çindən əvvəl Aya ayaq basa bilər. ABŞ prezidenti Co Bayden Aya enən ilk qeyri-amerikalının yapon astronavtı olacağına söz vermişdi.

Hafta.az-ın yazdığına görə, Bayden və Yaponiyanın Baş naziri Fumiyo Kişidanın aprelin 10-da açıqladığı plana əsasən, Yaponiya NASA-nın Artemida missiyaları çərçivəsində ilk olaraq 2028-ci ildə, sonra isə 2032-ci ildə Aya astronavtlarından birini göndərmək üçün ABŞ ilə sıx əməkdaşlıq edəcək.

Bu vəziyyət Yaponiyanı daha əvvəl 2030-cu ilə qədər Aya astronavt göndərmək planlarını açıqlamış Çinlə rəqabətə girdiyini göstərir.

NASA Administratoru Bill Nelsonun dəfələrlə yeni “kosmos yarışı” adlandırdığı bir mühitdə Çin də 2035-ci ilə qədər Rusiya ilə birgə Ay bazası qurmağı planlaşdırır.

Əvvəlki həftələrdə Çinə də toxunan Nelson, "Mülki kosmos proqramı dediklərinin bir çoxunun hərbi mahiyyətli olduğuna inanırıq. Əslində bir yarışda olduğumuzu düşünürəm" deyib.

“South China Morning Post”a danışan analitiklər bildiriblər ki, Yaponiyanın Çindən əvvəl Aya enmək istəyi Pekini öz planlarını sürətləndirməyə sövq edə bilər.

Çin artıq kosmik proqramını sürətləndirib, öz kosmik stansiyasını uğurla qurub və yaxın günlərdə Ayın Yerdən görünməyən uzaq tərəfinə zond endirməyi planlaşdırır. Çin 2026 və 2028-ci illər üçün planlaşdırılan ekipajsız missiyalarla Ayın cənub qütbündə su axtarışına da başlaya bilər.

Çinin Aydakı su qaynaqlarının ona aid olduğunu iddia edə biləcəyini dəfələrlə xəbərdar edən Nelson, "Çin xüsusilə son 10 ildə fövqəladə irəliləyiş əldə edib, lakin bunu çox, çox gizli saxlayır" deyib.

NASA-nın rəsmisi əlavə edib ki, "Çin həqiqətən buna çox pul yatırıb və onların büdcəsi çox böyük artım potensialına malikdir. Düşünürəm ki, ehtiyatımızı itirməməliyik".

Digər tərəfdən, Ağ Evə görə, Birləşmiş Ştatlar və Yaponiyanın təklif etdiyi birgə missiya Ayda təzyiqli idarə etmək üçün yapon təcrübəsinə güvənəcək, Birləşmiş Ştatlar isə uçuş və astronavt hazırlığı verəcək və “Ayın səthində bu çətin və ruhlandırıcı missiyaların risklərini idarə edəcək".

Tokio Universitetinin elm və texnologiya siyasəti üzrə professoru Kazuto Suzuki, "Onlar Ayın kəşfiyyatında Çinlə rəqabət apardıqlarını başa düşürlər. Ona görə də bu, Apollon proqramının gücləndirilmiş versiyası olacaq" deyib.