Yardımlıda “VAZ” aşdı 

17:48 22.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yardımlı rayonunda “VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.