Yarımçıq yuxu ölüm riskinin artması ilə əlaqələndirilir

20:09 05.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yarımçıq yuxu ölüm riskinin artması ilə əlaqələndirilir. Hafta.az bildirir ki, bu barədə Digital Medicine-də məqalə dərc olunub.

Bu qənaətə Stenford Universitetinin Tibb Məktəbinin mütəxəssisləri gəlib. Bunun üçün onlar 12.000 insanın yuxu xüsusiyyətlərini ehtiva edən qeydləri araşdırıblar. Bu məlumatlar hər bir insan üçün onun "yuxu yaşını" - insan sağlamlığına təsir edən xüsusiyyətini təyin edən kompüter alqoritmi ilə işlənmişdir.

Əldə edilən nəticələr yuxuda ölümlə ən güclü əlaqədə olan dəyişiklikləri hesablamağa imkan verib. Məlum olub ki, vaxtından əvvəl ölüm riski yuxunun parçalanması ilə üzləşənlərdə - gecə tez-tez bir dəqiqədən az yuxudan oyanan və bunu xatırlamayan insanlarda daha yüksəkdir.