Yasamalda 60-dan çox narkotik alverçisi saxlanılıb -VİDEO

14:47 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Oxunma sayı 3705