Yazını böyüt
Yazını kiçilt
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun meyiti batdığı yerdən təxminən 6 kilometr aralıda - sahildə aşkar edilib.
Bu barədə Hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirildiyinə görə, iyulun 6-sı axşam saatlarında FHN-in “112" qaynar telefon xəttinə V. Hümbətovun dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub. Bundan sonra dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb. V. Hümbətovun batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar aparılıb.