Yaşayış binasında yanğın

23:19 29.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən hafta.az-a bildirilib k, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam edir.