Yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub

14:00 03.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın hasisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd televizor, 1 ədəd kondisioner, 1 ədəd divan və divar kağızı 6 m² sahədə yanıb.

Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.