Yaşlı qadını avtomobil vurdu

12:05 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

 

Hafta.az xəbər verir ki, Avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Mehdiyeva Məleykə Salay qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.