Dəmirli" yatağının Azərbaycanın nəzarətinə keçməsinə etiraz etmərəm.
Hafta.az bildirir ki, bu bəyanatla vaxtilə “DQR”in “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” vəzifələrində çalışmış general Samvel Babayan Ermənistan televiziyasına müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan mis-qızıl yataqlarına sərmayə qoysa, Qarabağ erməniləri də bundan faydalanacaq.
O cümlədən, Babayan Xankəndi ilə Bakı arasında Azərbaycan tərəfinin təklif etdiyi şərtlərlə danışıqların aparılmasının tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı etimad mühiti yaranarsa, ermənilər bu yay Sərsəng su anbarından suyu Azərbaycanın nəzarətində olan ərazilərə ötürə biləcək, Azərbaycan da öz növbəsində Qarabağ ermənilərini elektrik enerjisi ilə təmin edəcək.
Babayan “Dəmirli” yatağının azərbaycanlılara məxsus olmasının və sərmayə qoymasının əleyhinəsinizmi?” sualına isə belə cavab verib: “Heç kim buna qarşı ola bilməz. Konkret kimin sərmayə qoymasının mənim üçün nə fərqi var - azərbaycanlı, iranlı, yoxsa rus? Axı məhsul hələ də onlara satılır. Bəs burada problem nədir? .. "
Babayanın sözlərinə görə, Azərbaycan bu yataqlara sərmayə qoysa, Qarabağ erməniləri də bundan faydalanacaq, çünki iş yerləri yaranacaq və satışdan yerli büdcəyə vəsait daxil olacaq.