Yataqxanada yanğın olub - 1 nəfər xəsarət alıb

17:51 24.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.