Yekaterinburqda ruslar Ukraynadakı işğalçı Rusiya ordusuna yanacaq aparan qatarları yandırdı…

16:55 05.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Legionun üzvləri səfərbər edilmiş ruslara da müraciət edərək onlara Kremlin göstərişi ilə hərbi cinayətkar olmamaq çağırışı ediblər…

Rusiyanın Yekaterinburq şəhərində “Rusiyaya azadlıq” legionunun fəalları Ukraynada döyüşən işğalçılara çatdırılmalı olan yanacaqla dolu dəmiryol qatarlarını yandırıblar.

Hafta.az “TSN” kanalına istinadla  xəbər verir ki, bu barədə iştirakçılar öz telegram-kanallarında məlumat yayıblar.

"Bizim gizli hərəkat Rusiyadakı kriminal rejimə qarşı çıxmaqda davam edir. Bu gün gecə saat 03:00 radələrində fəallarımız Yekaterinburqda atəş şousu edərək Rusiyanın hərbi kəşfiyyatçılarını (cinayətkarlarını) "təbrik edib"lər... Yanğın törədilib. Ukraynada hərbi cinayətlər törədən Putin qoşunlarını təmin etmək üçün yanacaqla dolu dəmiryol qatarları  yandırılıb.  Diktaturanın arxasında həyata keçirilən bu aksiya hazırda Putinin cinayətkarları ilə döyüş meydanında vuruşan hərbi qanadımıza dəstək məqsədilə həyata keçirilib”.

Fəallar həmçinin səfərbər olan rusları müharibə cinayətkarına çevrilməməyə və Ukraynaya qarşı müharibəyə getməməyə çağırıblar.