“Yeni amnistiya 6 min məhbusu əhatə edəcək” - Mamuka Mdinaradze

09:55 03.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Amnistiya qanununun qəbulundan sonra 1000-dən çox məhbus qanun qüvvəyə mindikdən dərhal sonra, 5 min nəfər isə mərhələli şəkildə həbsxanananı tərk edəcək”.

Hafta.az-ın yazdığına görə, bu barədə “Gürcü Arzusu”nun parlamentəki çoxluğunun lideri Mamuka Mdinaradze deyib.

Mdinaradze çoxluğun iclasından sonra keçirilən brifinqdə, bunun ən genişmiqyaslı amnistiyalardan biri olduğunu və insanlara sosiallaşmaq imkanı veriləcəyini bildirib.

“Sabah və sonrakı günlərdə biz müxtəlif vaxtlarda və müxtəlif formalarda 6 minəə qədər məhbusa təsir edəcək amnistiya qanununu müzakirə edəcəyik. Bu, ən miqyaslı amnistiyalardan biridir. Bir çox fərziyyələrə baxmayaraq, biz yaxşı iş görürük və insanlara yenidən sosiallaşmaq imkanı veriləcək ki, bu da hökm çıxarılarkən nəzərə alınır”, – deyə Mamuka Mdinaradze bildirib.

Siyasət rubrikasından digər xəbərlər