Yeni ittiham: "Taliban" liderləri “Əl-Qaida”nı qoruyur

09:30 16.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Terror təşkilatları İŞİD və “Əl-Qaida” Əfqanıstanda yenidən fəallaşır.

Hafta.az-ın yazdığına görə, bu barədə “The Telegraph”da dərc olunan məqalədə deyilir.

Mİ5-in baş direktoru Ken Makkallum hər iki təşkilatın yenidən dirçəlməsindən narahat olduğunu bildirib və deyib ki, İŞİD Britaniyanı da təhdid edə bilər. ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla xəbərdarlıq edib ki, İŞİD Suriya və İraqda dirçəlməyə və xaricdə hücumlar həyata keçirməyə qadirdir.

2021-ci ildə “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ölkədə “Əl-Qaida” yenidən güclənməyə başlayıb. 2001-ci ilə qədər bu təşkilat Əfqanıstanda ən aktiv fəaliyyət göstərdiyi vaxtda indiki kimi eyni işi görə bilmirdi.

Birləşmiş Millətlər Təşkilatının “Taliban”ı izləyən qrupunun 2022-ci il aprel hesabatında “Taliban”ın “Əl-Qaida” ilə "yaxın olaraq qaldığı" və “Əl-Qaida”nın “Taliban”ın çətiri altında təhlükəsiz sığınacaqlar və hərəkət azadlığını artırdığı bildirilir.

Əfqan alim Suhrob Boranov yazır ki, “Əl-Qaida” Əfqanıstanın Pəncşer vadisində 9 təlim düşərgəsi və hətta silah-sursat anbarları tikməyə nail olub.

Avqustda ABŞ pilotsuz təyyarəsi Kabildə “Əl-Qaida” lideri Ayman əz-Zəvahirini öldürüb. Məlumatlara görə, Zəvahiri “Taliban” lideri köməkçisinin (Haqqani şəbəkəsi) evində yaşayıb və digər “Əl-Qaida) liderlərinin Əfqanıstana sığındığı güman edilir. BMT-nin hesabatında həmçinin qeyd olunur ki, “Əl-Qaida” “Əfqanıstandan işə götürmə, təlim və vəsait toplamaq üçün "dostluq mühiti" kimi istifadə edə bilər. Əfqan müqavimət qüvvələri deyirlər ki, “Əl-Qaida” Pəncşer vadisində 9 təlim düşərgəsi və hətta silah-sursat anbarları tikə bilib”.

O, həmçinin əlavə edib ki, “Taliban”ın İŞİD-Xorasan qolu tərəfindən əcnəbi döyüşçülərin cəlb edilməsinin qarşısını ala bilməyib.

İŞİD-Xorasan qolu ölkədə “Taliban”ın əsas rəqibi hesab edilsə də, fəaliyyətini tam dayandıra bilməyib. “Nəticədə “Taliban” qüvvələri İŞİD-Xorasan qolu tərəfindən əcnəbi döyüşçülərin cəlb edilməsinin, miqyasının, əhatə dairəsinin və coğrafi iddialarının artmasının qarşısını ala bilmir”, - politoloq yazır.

Təhlilçilərin fikrincə, qruplaşmanın aktivləşməsi üçün 2022-ci ilin sonunda Çin, Pakistan və Rusiyanın Kabildəki səfirliklərinə edilən hücumları misal çəkmək kifayətdir. BMT-nin monitorinq qrupunun fikrincə, hücum qruplaşmanın nüfuzunu artırıb və özünü İslam Dövləti elan edən qruplaşmanın milyonlarla dollar əlavə maliyyələşməsinə səbəb olub.