Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, üç mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 2-də rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində aşkarlanıb.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.