Yevlaxda velosipedçini avtomobil vurub

11:27 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib. 

Hafta.az APA-ya istinadən bildirir ki, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. 

Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 1121