Yol qəzasında 145 nəfər ölü

10:28 12.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Bakı şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

 

Hafta.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində 354 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

O deyib ki, qəzalar zamanı 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.