Yollarda görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var

15:28 07.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 8-dən 12-dək ölkə ərazisində yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq bəzi yolların buz bağlayacağı gözlənilir. Həmçinin dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.