Yolu keçən piyadanı avtomobil vurdu

22:21 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, noyabrın 26-da saat 20 radələrində Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Məmmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.